Amerika Kuboku: Braziliya yığması Kolumbiyaya qalib gəlib
Futbol
- 24 iyun, 2021
- 03:24

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə Kolumbiya seçməsi qarşılaşıb.
“Report” xəbər verir ki, Rio-de-Janeyronun “Olimpiko Nilton Santos-Enjenyan” stadionunda keçirilən matç braziliyalıların 2:1 hesablı minimal qələbəsi ilə bitib.
Qarşılaşmanı 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias açıb. Braziliyalıların cavab qolunu 78-ci dəqiqədə Roberto Firmino vurub. Meydan sahibləri əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə qazanıblar.
Bu matçdan sonra Braziliya yığması B qrupunda doqquz xalla birinci yeri tutur. Siyahıda ikinci yerdə 4 xalı olan Kolumbiya və Peru yığmaları qərarlaşıblər.
Braziliya yığması növbəti matçını Ekvadora qarşı keçirəcək.
Son xəbərlər
16:01
Deputat: 20 oktyabr Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazılıb
Daxili siyasət15:54
ABŞ elit dəstələrini Venesuela yaxınlığında yerləşdirib
Digər ölkələr15:44
Lionel Messi "İnter Mayami" ilə müqaviləsini uzatmağa yaxındır
Futbol15:28
HƏMAS Qəzzada atəşkəsi pozmaqla bağlı ABŞ-nin ittihamlarını təkzib edib
Digər ölkələr15:17
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
Region15:09
Oktyabrın 22-dək ölkədə yağıntılı hava şəraiti hökm sürəcək - XƏBƏRDARLIQ
Ekologiya15:08
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi15:05
Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir - RƏY
Xarici siyasət14:56