ABŞ elit dəstələrini Venesuela yaxınlığında yerləşdirib
- 19 oktyabr, 2025
- 15:54

ABŞ Venesuela prezidenti Nikolas Maduronun administrasiyasına təzyiqi artırmaq məqsədilə ölkə yaxınlığında Amerika hərbçilərinin elit dəstələrini yerləşdirib.
"Report"un məlumatına görə, bu barədə "The New York Post" (NYP) məlumat yayıb.
Məqalədə dəqiqləşdirilir ki, sözügedən bölmə 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayıdır.
Ən çox təlim keçmiş "Gecə stalkerləri" kimi tanınan Amerikanın xüsusi təyinatlı qüvvələri münaqişə zonalarına yerləşdirilir.
Buraya "Yaşıl Beretlər", "Dəniz Pişikləri" və "Delta" qrupunun hərbçiləri daxildir. Jurnalistlərin sözlərinə görə, "Gecə stalkerləri" əməliyyatları zamanı "Little Birds" və "MH-60 Black Hawk" helikopterlərindən istifadə edirlər.

Bildirilib ki, oktyabrın 16-da bu texnika "B-52" strateji bombardmançılarının da yerləşdirildiyi Venesuela sahillərində Karib dənizində işləyib. ABŞ prezidenti Donald Tramp daha sonra sualtı qayığın məhv edildiyini açıqlayıb. Bu yaxınlarda Venesuelanın paytaxtından 500 mil (804 km) məsafədə yerləşən Trinidad adasındakı təlim meydançasının yaxınlığında oxşar tipli təyyarələr aşkarlanıb.