Erlinq Holannın "YouTube" kanalı 1 milyon izləyici kütləsi toplayıb

Futbol
  • 27 noyabr, 2025
  • 22:26
Erlinq Holannın YouTube kanalı 1 milyon izləyici kütləsi toplayıb

Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holannın "YouTube" kanalı 1 milyon izləyici kütləsi toplayıb.

"Report" xəbər verir ki, ötən ay öz kanalını açan 25 yaşlı futbolçu izləyici sayına əsasan sözügedən platorfma tərəfindən "qızıl düymə" ilə mükafatlandırılıb.

O, indiyə qədər izləyiciləri üçün "YouTube" kanalında cəmi 3 video paylaşıb.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm İngiltərə Premyer Liqasında çıxdığı 12 oyunda 14 qol vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti