"Qarabağ"ın legionerinin pasportu gəldi, "Legiya"ya qarşı oynaya bilər
Futbol
- 30 sentyabr, 2020
- 09:09
"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qarşı oynaya bilər.
Bu barədə "Report"a haitili yarımmüdafiəçinin özü məlumat verib.
31 yaşlı oyunçu bildirib ki, artıq pasport məsələsi həllini tapıb: "Bu gün lazım sənədi göndərdilər. Haiti prezidenti bu işdə mənə yaxından kömək etdi. Varşavaya getmək istəyirəm. Hazırda bu istiqamətdə işlər gedir. Klubdan cavab gözləyirəm. Amma hələ heç nə bilinmir".
Polşa mətbuatı isə yazıb ki, Gerye Bakıdan İstanbula, oradan isə Varşavaya uçacaq. Onun bu gün axşam və ya sabah səhər saatlarında Polşada olacağı bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Son xəbərlər
17:01
"Mançester Yunayted" İspaniya klubunun futbolçusunu transfer etmək istəyir
Futbol17:01
Şöbə müdiri: İşğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid olub
Din16:59
Ötən gün Cəbrayılda təməli qoyulan yeni yaşayış kompleksləri müasir standartlara uyğun tikiləcək
Daxili siyasət16:58
Şirvanda zəlzələ olub
Hadisə16:54
Natalya Petkeviç: Azərbaycan və Belarus əməkdaşlığın inkişafında yol xəritəsinə ehtiyac duymur
Xarici siyasət16:50
"QHT işi" üzrə ittiham olunan Zamin Zəkinin məhkəməsi başlayıb
Hadisə16:50
Baş nazirin müavini: Belarus Azərbaycanla birgə layihələrin həyata keçirilməsində maraqlıdır
Biznes16:49
Foto
Həyatın yenidən canlandığı Horovludan FOTOREPORTAJ
Daxili siyasət16:49