Baş nazirin müavini: Belarus Azərbaycanla birgə layihələrin həyata keçirilməsində maraqlıdır
- 29 oktyabr, 2025
- 16:50
Belarus Azərbaycanla birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Bu barədə "Report"un sualını cavablandırarkən Belarus Baş nazirinin müavini Natalya Petkeviç bildirib.
O, həmçinin qeyd edib ki, ölkəsi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməkdə maraqlıdır: "Bu, Qızıl Kəngərlidəki aqroşəhərciklə məhdudlaşmır. Aqroşəhərciyin tikintisindən danışanda başa düşürük ki, bütün işlər yerli mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək. Əlbəttə ki, biz burada bütün birgə layihələri həyata keçirməkdə maraqlıyıq".
N.Petkeviç qeyd edib ki, bu gün o, belə məhsullardan birini - Azərbaycan və Belarus tərəfindən birgə istehsal edilmiş və Ağdam şəhərindəki yaşayış kompleksində quraşdırılmış lifti qiymətləndirmək imkanı əldə edib.
Onun sözlərinə görə, bu ərazilərdə əməkdaşlığın məhsuldar və çoxşaxəli olması üçün bütün perspektivlər mövcuddur.