Ötən gün Cəbrayılda təməli qoyulan yeni yaşayış kompleksləri müasir standartlara uyğun tikiləcək

Daxili siyasət
  • 29 oktyabr, 2025
  • 16:59
Ötən gün Cəbrayılda təməli qoyulan yeni yaşayış kompleksləri müasir standartlara uyğun tikiləcək

Cəbrayıl şəhərində təməli qoyulan 2-ci və 3-cü yaşayış kompleksləri müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək.

"Report"un Cəbrayıla ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.

"İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq".

İ.Rzayeva bildirib ki, üçüncü yaşayış kompleksinin ümumi sahəsi isə 5 hektardan çox olacaq:

"Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən, binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur. Bu yaşayış kompleksləri Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti