Natalya Petkeviç: Azərbaycan və Belarus əməkdaşlığın inkişafında yol xəritəsinə ehtiyac duymur

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 16:54
Natalya Petkeviç: Azərbaycan və Belarus əməkdaşlığın inkişafında yol xəritəsinə ehtiyac duymur

Belarus və Azərbaycan arasındakı münasibətlər elə bir səviyyəyə çatıb ki, əməkdaşlıq üzrə yol xəritəsi artıq tələb olunmur.

Bu barədə "Report"un Ağdama ezam olunmuş əməkdaşının sualına cavabında Belarus Baş nazirinin müavini Natalya Petkeviç bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə yeni yol xəritəsi hazırlanacaq: "Lakin bu, inkişafın zəruri istiqaməti haqqında ümumi anlayışa əsaslanacaq. Mənə elə gəlir ki, əməkdaşlığın ən əlverişli forması, bizim heç nəyi təsdiqləməyə və imzalamağa ehtiyacımızın olmadığı formadır. Biz sadəcə hara və necə gedəcəyimizi bilirik".

N.Petkeviç, həmçinin qeyd edib ki, Azərbaycan və Belarus arasında uğurlu ikitərəfli əməkdaşlıq artıq əhəmiyyətli nəticələrə gətirib çıxarıb.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə mövcud yol xəritəsi 2024-2025-ci illər üçün nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti