DÇ-2026: Türkiyə yığması pley-off mərhələsinə vəsiqəni təmin edib

Futbol
  • 15 noyabr, 2025
  • 23:42
DÇ-2026: Türkiyə yığması pley-off mərhələsinə vəsiqəni təmin edib

Türkiyə millisi DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsibdə Bolqarıstan yığmasını 2:0 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, görüş Bursa şəhərindəki "Timsah Arena"da keçirilib.

18-ci dəqiqədə Hakan Çalhanoğlu penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 84-cü dəqiqədə isə Atanas Çernev avtoqol müəllifi olub.

Türkiyə mümkün 15 xalın 12-ni toplayıb, yeganə məğlubiyyətini İspaniyadan alıb. Son turda türkiyəli futbolçular məhz 15 xal toplayan və qapısından top buraxmayan ispaniyalılarla qarşılaşacaqlar.

İspaniya birbaşa mundiala vəsiqə qazanıb, Türkiyə isə pley-off mərhələsində oynayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti