İstanbulda metro tikintisi zamanı çökmə baş verib, bir nəfər ölüb - YENİLƏNİB-2

Region
  • 16 noyabr, 2025
  • 00:36
İstanbulda metro tikintisi zamanı çökmə baş verib, bir nəfər ölüb - YENİLƏNİB-2

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən baş verən çökmə zamanı bir nəfər ölüb.

"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunub ki, dağıntılar altından çıxarıldıqdan sonra xəstəxanaya aparılan beş nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən baş verən çökmə zamanı dağıntılar altında beş nəfər qalıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsindən bildirilib.

Qeyd olunub ki, onların hər biri xilas edilib, vəziyyətləri isə qənaətbəxşdir.

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən çökmə baş verib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Kabataş prospektində qeydə alınıb.

Dağıntılar altında insanların qaldığı bildirilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub. Hazırda dağıntılar altında qalan şəxslərin xilas ediməsi istiqamətində iş aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti