Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı
Futbol
- 06 may, 2021
- 05:00
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
"Report"un məlumatına görə, bu ada İngiltərənin "Çelsi" klubundan N Qolo Kante ilə Kay Haverts, "Mançester Siti"dən isə Ruben Diasla Riyad Mahrez iddia edir.
Kante evdə İspaniyanın "Real Madrid" komandasını 2:0 hesabı ilə məğlub etdikləri oyunda 88 faiz dəqiq ötürmə ilə oynayıb. Haverts həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Mahrez Fransa PSJ-sini eyni hesabla yendikləri görüşdə hər iki qolun müəllifi olub. Dias isə 92 faiz dəqiq ötürmə verib və iki dəfə rəqib oyunçu ilə mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Son xəbərlər
00:15
Zelenski: Ukrayna gələn həftə vacib danışıqları gözləyir
Digər ölkələr23:57
Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununda uduzub
Komanda23:44
Qvineya-Bisauda insanların hərəkəti ilə bağlı məhdudiyyətlər ləğv edilib
Digər ölkələr23:25
Video
Qərbi Azərbaycan Xronikası: Paşinyan azərbaycanlıları Ermənistana gətirir?
Daxili siyasət23:12
Xamenei: ABŞ 12 günlük müharibədə uğur qazana bilməyib
Region22:54
Türkiyədə 120 nəfər qidadan zəhərlənib
Region22:47
İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə22:42
Böyük Britaniya "Lukoil International"a ümumi lisenziya verib
Digər ölkələr22:40
Foto