Bundesliqa klubu futbolçusu ilə yeni müqavilə imzaladı

Futbol
  • 13 avqust, 2020
  • 15:32
Bundesliqa klubu futbolçusu ilə yeni müqavilə imzaladı

Almaniya "Bayer"i futbolçusu Kərim Bellarabi ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mərakeş və Qana əsilli almaniyalı yarımmüdafiəçi daha 3 il Bundesliqa təmsilçisinin formasını geyinəcək.

30 yaşlı oyunçunun əvvəlki sözləşməsinin müddəti 2021-ci ilin yayınadək idi.

Qeyd edək ki, ötən mövsüm "Bayer"in heyətində 39 oyun keçirən K.Bellarabi 6 qol vurub və 12 məhsuldar ötürmə edib.