Zelenski: Ukraynada 4 nəfər ölüb, 44-dən çox insan yaralanıb
- 07 sentyabr, 2025
- 17:20

Rusiya hərbçilərinin gecə saatlarında Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 4 nəfər ölüb, 44 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə Ukrayna lideri Volodimir Zelenskinin Telegram kanalında Fransa prezidenti Emmanuel Makronla telefon danışığından sonra yazıb.
"Bu gün mən Emmanuel Makronla danışdım. Biz gecə saatlarında Rusiyanın sərt atəşə tutulmasını müzakirə etdik. Təəssüf ki, Ukraynada 4 nəfər həlak olub, 44-dən çox insan yaralanıb", - o qeyd edib.
Zelenskinin sözlərinə görə, xilasedicilər və fövqəladə xidmətlər hələ də bütün ölkə ərazisində hücumun nəticələrini aradan qaldırır.
"Biz diplomatik səylərimizi, gələcək addımlarımızı və müvafiq cavabı təmin etmək üçün tərəfdaşlarla təmaslarımızı əlaqələndirmişik. Fransa ilə birlikdə müdafiəmizi gücləndirmək üçün yeni tədbirlər hazırlayırıq", - Ukrayna prezidenti vurğulayıb.