Beynəlxalq Basketbol Federasiyasının prezidenti istefa verdi
Futbol
- 14 iyun, 2021
- 11:13

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) prezidenti Hamane Nyanq istefa verib.
"Report" FIBA-nın rəsmi saytına istinadən xəbər verir ki, Malidən olan funksioner yerli federasiyanın üzvlərinə qarşı cinsi təcavüz iddiaları ilə bağlı vəzifəsindən müvəqqəti ayrılıb.
Onu hələlik bu postda qurumun vitse-prezidenti şeyx Saud Əli Əl-Tani əvəzləyib.
Qeyd edək ki, Nyanq 1999 - 2007-ci illərdə Mali Basketbol Federasiyasına rəhbərlik edib. Təcavüzdə günahlandırılanlar yığmanın məşqçiləri - Amadu Bamba, Umar Sissoko və federasiya nümayəndəsi Hario Maiqadır. Onların hər üçü vəzifələrindən kənarlaşdırılıblar. Nyanqın özü isə ittihamları rədd edir.
Son xəbərlər
07:09
"Google" məxfiliyin pozulmasına görə 425,7 milyon dollar ödəyəcək
İKT06:42
Argentina Prokurorluğu Niderlandda nasistlərin oğurladığı rəsmi müsadirə edib
İncəsənət06:18
CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib
Digər ölkələr05:53
FİFA: Klublar yay transfer pəncərəsində rekord məbləğdə pul xərcləyiblər
Futbol05:38
NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək
Digər ölkələr04:56
Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib
Digər ölkələr04:21
Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur
Digər ölkələr03:43
İsrail Ordusu "Hizbullah"ın Livandakı obyektlərinə zərbələr endirib
Digər ölkələr03:14