"Barselona" sabiq futbolçusunu məşqçilər korpusuna dəvət edib

Futbol
  • 11 sentyabr, 2025
  • 23:01
Barselona sabiq futbolçusunu məşqçilər korpusuna dəvət edib

Tyaqo Alkantara sabiq klubu"Barselona"nın (İspaniya) məşqçilər korpusunda yer alacaq.

"Report" xəbər verir ki, bu barətə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

34 yaşlı sabiq yarımmüdafiəçi məşq proseslərində futbolçulara taktiki məsələlərdə yardımçı olmağa çalışacaq.

Qeyd edək ki, Alkantara 2024-cü ilin iyulundan avqustuna kimi "Barselona"da Hans-Diter Flikin köməkçisi olub. O, ötən yay futbolçu karyerasını başa vurub. Yarımmüdafiəçi "Barselona", "Bavariya" və "Liverpul"da çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti