Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

Futbol
  • 19 oktyabr, 2021
  • 07:01
Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb
Əliyar Ağayev

FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasına təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oktyabrın 21-də Çexiyada “Yablonets” və Danimarka “Randers”i arasında qrup mərhələsinin III tur oyununu idarə edəcək.

34 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.