"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Futbol
  • 01 noyabr, 2025
  • 19:58
Araz-Naxçıvan UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Naxçıvan təmsilçisi yer aldığı 7-ci qrupdakı son matçında Niderland çempionu "Tigers Roermond"u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, 7 xal toplayan Azərbaycan çempionu qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. Komanda daha sonra Lüksemburq çempionu "Differdanje 03" ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Bütün Xəbər Lenti