Maka Boçorişvili: "Avronest" gürcü xalqına istiqamət göstərə bilməz

Region
  • 01 noyabr, 2025
  • 21:47
Maka Boçorişvili: Avronest gürcü xalqına istiqamət göstərə bilməz

"Avronest" gürcü xalqına istiqamət göstərə bilməz.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Avronest" Parlament Assambleyasının qəbul etdiyi son qətnaməyə münasibət bildirərkən deyib.

Nazir vurğulayıb ki, "Avronest"in funksiyası ölkələrin daxili siyasətinə müdaxilə etmək deyil.

Boçorişvilinin sözlərinə görə, "Avronest" platforması Şərq Tərəfdaşlığı çərçivəsində parlament əməkdaşlığını inkişaf etdirmək üçün yaradılıb və onun məqsədi ölkələrə siyasi istiqamət diktə etmək deyil.

"Bizim seçilmiş hökumətimiz var və Gürcüstan xalqı özü qərar verir ki, ölkə hansı istiqamətdə inkişaf etməlidir. Heç bir qurum gürcü cəmiyyətinə demokratik dəyərləri necə tətbiq etməyi diktə edə bilməz", – XİN başçısı bildirib.

O əlavə edib ki, "Avronest"in hazırkı yanaşması platformanın ilkin məqsədlərinə uyğun deyil.

Xatırladaq ki, Avronest Parlament Assambleyası son çıxışında Gürcüstanda baş verən proseslərə dair qətnamə qəbul edib və sənəddə ölkədə demokratiyanın geriləməsi qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti