Rusiya ordusu yenidən Ukraynaya hücumu edib, ölənlər və yaralılar var

Digər ölkələr
  • 01 noyabr, 2025
  • 23:15
Rusiya ordusu yenidən Ukraynaya hücumu edib, ölənlər və yaralılar var

Rusiya qoşunları şənbə günü axşam saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinə hava hücumu edib.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin rəhbəri Vladislav Qayvanenko özünün telegram kanalında məlumat verib.

"Bu gün axşam saatlarında (Rusiya Silahlı Qüvvələri - red.) Samarovski rayonuna hücum edib. Yanğın baş verib, mağaza dağılıb. İlkin məlumatlara görə, ölən və yaralananlar var. Təfərrüatlar dəqiqləşdirilir", - o yazıb.

Onun sözlərinə görə, gün ərzində Rusiya Nikopol vilayətində, xüsusilə rayon mərkəzi, Marhanets, Pokrovsk, Mirovsk və Çervonohrixorovska icmalarına FPV pilotsuz uçuş aparatları və artilleriya ilə zərbələr endirib:

"Təəssüf ki, ölüm hadisəsi var. Qadından başqa 73 yaşlı kişi də yaralanıb. O, ambulator müalicə alacaq. Hücumlar nəticəsində iki fərdi ev və iki avtomobil də zərər görüb, tərk edilmiş bina alovlanıb".

Son xəbərlər

Bütün Xəbər Lenti