Tramp Ağ Evdə Əhməd Əl Şaraa ilə görüşəcək
Digər ölkələr
- 01 noyabr, 2025
- 22:50
Noyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak "Axios"un müxbirlərinə bildirib.
Məlumata görə, Əl-Şaraanın Vaşinqtona səfəri zamanı Suriyanın İŞİD terror qruplaşması ilə mübarizə aparan ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədlər imzalayacağı gözlənilir.
Xəbərdə bunun Suriya prezidentinin Ağ Evə ilk səfəri olacağı vurğulanır.
Barrak aydınlaşdırıb ki, Əhməd Əl Şaraanın Trampla görüşündən sonra Suriya və İsrail arasında danışıqların növbəti mərhələsinin baş tutacağı gözlənilir.
Son xəbərlər
06:14
Yenin möhkəmlənməsi fonunda Tokio fond bazarı yüksəlib
Digər ölkələr05:47
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
Digər ölkələr05:15
Almaniyada 158 illik tarixə malik pivə zavodu bağlanır
Digər ölkələr04:46
Meloni İspaniyanı Şengen sazişinin fəaliyyətini dayandırmaqla hədələyib
Digər ölkələr04:10
ABŞ Prezidenti İranla danışıqların bərpası üçün şərtini açıqlayıb
Digər ölkələr03:42
Braziliya prezidenti Paraqvayla diplomatik qalmaqala səbəb olub
Digər ölkələr03:06
Mərakeşdən İspaniyaya üzərək çatmaq istəyən 18 miqrant ölüb
Digər ölkələr02:39
Tramp HƏMAS-ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan edib
Digər ölkələr02:00