"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
- 13 oktyabr, 2025
- 10:27

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan"ın yer aldığı VII qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, meydançada ədaləti FIFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) qoruyacaqlar.
Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Neboyşa Paniç (Serbiya) və Sebastyan Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.
UEFA Çempionlar Liqası
VII qrup
29 oktyabr
22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)
Sala Sporturilor Dunarea
30 oktyabr
19:00. "Araz-Naxçıvan" – "Differdanje 03" (Lüksemburq)
Sala Sporturilor Dunarea
1 noyabr
18:00. Tigers Roermond (Niderland) – Araz-Naxçıvan
Sala Sporturilor Dunarea