Xocalının Ballıca kəndində badam ağacları əkilib

Ekologiya
  • 13 oktyabr, 2025
  • 14:14
Xocalının Ballıca kəndində badam ağacları əkilib

Xocalı rayonunun Ballıca kəndində oktyabrın 13-də növbəti ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aksiya Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunan "Mənəvi dəyərlər həftəsi" çərçivəsində həyata keçirilib.

Kənd ərazisində 200-dən çox badam ağacı əkilib. Aksiya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baş tutub.

Aksiya iştirakçıları bildiriblər ki, bu cür tədbirlər Qarabağın yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması və bölgənin təbiətinin bərpası istiqamətində mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti