AFFA-nın təşkil etdiyi liqalarda iştirak üçün 11 500 futbolçu qeydiyyatdan keçib

Futbol
  • 03 oktyabr, 2025
  • 17:13
AFFA-nın təşkil etdiyi liqalarda iştirak üçün 11 500 futbolçu qeydiyyatdan keçib

Cari mövsümdə AFFA-nın təşkil etdiyi liqalarda iştirak üçün 11 500 futbolçu qeydiyyatdan keçib.

Bu barədə "Report"a müsahibəsində milli assosiasiyanın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, adən yeni müraciət edən komandalar U-8 – U-14 liqalarında olur:

"Çünki bu liqalarda kütləvilik daha çoxdur. Bu mövsüm üçün 11 500 futbolçu yarışlarda iştirak etmək məqsədilə qeydiyyatdan keçib ki, bunun 80%-i aşağı liqaların payına düşür. Cari mövsümdə bir çox yeni komandalar yarışlarda iştirak etmək üçün müraciət ediblər. Deyə bilərəm ki, onların sayı ümumilikdə ölkə üzrə 35-ə yaxındır".

Emin Cəfərovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti