III MDB Oyunları: Azərbaycan təmsilçisi qızıl medal qazanıb, güləşçilərimiz günü 7 medalla başa vurub - YENİLƏNİB

Fərdi
  • 03 oktyabr, 2025
  • 19:02
III MDB Oyunları: Azərbaycan təmsilçisi qızıl medal qazanıb, güləşçilərimiz günü 7 medalla başa vurub - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi III MDB Oyunlarında qızıl medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı zəbər verir ki, 71 kq çəki dərəcəsində mübarizə aparan Nihad Abasov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Rusiya təmsilçisi Zubair Baqilova qalib gəlib.

Bundan başqa, Rəşid Nəzərov (60 kq) gümüş, Xədicəxanım Talıbova (53 kq) və Amin Nəsibov (92 kq) isə bürünc medal qazanıblar.

Beləliklə təmsilçilərimiz günü 7 medalla başa vurublar.

Azərbaycanın 3 güləşçisi III MDB Oyunlarında medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, Nəzrin Əhmədli (46 kq) və Hacıhüseyn Əhmədzadə (51 kq) gümüş, Hüseyn Rzazadə (45 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, Gəncə Olimpiya Kompleksində təşkil olunan güləş yarışlarına oktyabrın 7-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti