Şalva Papuaşvili: Seçkilərə təxribat cəhdləri var

Region
  • 03 oktyabr, 2025
  • 18:43
Şalva Papuaşvili: Seçkilərə təxribat cəhdləri var

Seçkilərə təxribat cəhdləri var.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, seçki prosesinə təxribat yolu ilə təsir göstərmək cəhdləri müşahidə olunur və vətəndaşların buna layiqli reaksiya verməsi vacibdir:

"Sabah yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. 64 bələdiyyə sədri və bələdiyyə şuralarının 2000-dən çox üzvü seçiləcək. Seçkiləri izləmək üçün 28 beynəlxalq və 27 yerli müşahidə təşkilatı, həmçinin 70-dən çox media qurumu qeydiyyatdan keçib. Lakin biz görürük ki, bəzi qüvvələr seçki hüququnun məhdudlaşdırılmasına və prosesin sabotaj edilməsinə çalışır".

Ş.Papuaşvili deyib ki, nüxalifət seçkilərdə aktiv iştirak etmək əvəzinə, "zorakı mitinqlərlə seçki prosesini pozmağa cəhd göstərməkdə" ittiham edib:

"Biz bir daha şahid olduq ki, onların məqsədi seçkiyə kölgə salmaqdır. Bu isə vətəndaşların iradəsinə birbaşa müdaxilədir. Sabah xalqımız bütün bu təşəbbüslərə layiqli cavab verməlidir".

Spiker, həmçinin seçkiqabağı mühitin ümumilikdə sakit keçdiyini, "Gürcü Arzusu"nun isə seçki kampaniyası dövründə bütün bölgələrdə vətəndaşlarla fəal ünsiyyət saxladığını da qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti