Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-sentyabr, 2025)
- 03 oktyabr, 2025
- 18:35

"Bakı Fond Birjası" QSC bu ilin yanvar-sentyabr aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 36 388 372 380 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 28 445 694 966 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 4 282 044 696 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 3 172 337 176 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 2 095 329 057 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 1 939 635 997 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 1 760 913 016 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 1 096 474 498 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 590 007 499 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 200 599 676 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC, 200 599 676 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC, 170 348 999 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC və cəmi 270 manatla "Xalq Bank" ASC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi AZN |
1 | Paşa Kapital | 36 388 372 380 |
2 | ABB-İnvest | 28 445 694 966 |
3 | CPM-İnvest | 4 282 044 696 |
4 | Assist Finance | 3 172 337 176 |
5 | İnvest-Az | 2 095 329 057 |
6 | Xalq Kapital | 1 939 635 997 |
7 | Unicapital | 1 760 913 016 |
8 | Capital Partners | 1 096 474 498 |
9 | Troni | 590 007 499 |
10 | İnno | 200 599 676 |
11 | CFI Financial | 200 599 676 |
12 | MFX-Trading | 170 348 999 |
13 | Xalq Bank | 270 |