Qaşım Maqomedov: "Zədəm olmasaydı, dünya çempionatında qızıl medal qazanardım"

Fərdi
  • 31 oktyabr, 2025
  • 18:46
Qaşım Maqomedov: Zədəm olmasaydı, dünya çempionatında qızıl medal qazanardım

Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun Çinin Uşi şəhərində keçirilən dünya çempionatında qızıl medal qazana bilməməsinin səbəbi zədəsi olub.

"Report" xəbər verir ki, bunu turniri bürünc medalla başa vuran idmançı özü Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, iştirak etdiyi yarışla bağlı təəssüratlarını bölüşüb:

"Əldə etdiyim nəticə çox yaxşı idi. Yarışa yaxşı hazırlaşmışdım. Bu il mənim üçün bir qədər çətin oldu. Çünki ilin ortasında, Bolqarıstanda zədə almışdım. Son üç ayda Mahaçqalada reabilitasiyada olmağımla əlaqədar məşqlərdən uzaq qalmışdım. İki aya yaxındır ki, var gücümlə məşqlərə başlamışam. Dünya çempionatına hazırlıq üçün bu müddət elə də böyük deyil. Daha çox hazırlaşsaydım və zədəm olmasaydı, qızıl medal əldə edərdim".

Qeyd edək ki milli üzvlərindən Qaşım Maqomedov mundialda bürünc medal sahibi olub. Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti