Mikayıl Cabbarov: "Güləş sahəsi növbəti illərdə də yüksək nəticələrlə xalqımızı qürurlandıracaq"
- 27 noyabr, 2025
- 15:07
Güləş sahəsi növbəti illərdə də yüksək nəticələri ilə Azərbaycan xalqını qürurlandırmağa davam edəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.
O, AGF-nin Ümumi Yığıncağının baş tutduğunu və tədbirdə qurumun son 4 illik fəaliyyətinin hesabatının dinlənilməsindən sonra İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirildiyini qeyd edib.
Paylaşımda yığıncaq çərçivəsində güləş ictimaiyyətinin üzvləri ilə bu sahədə görüləcək işlərin müzakirə edildiyi vurğulanıb.
Azərbaycan Güləş Federasiyasının (@wrestleaze) Ümumi Yığıncağı zamanı Federasiyanın son 4 illik fəaliyyət hesabatı dinlənildi və İcraiyyə Komitəsinin tərkibinə seçkilər keçirildi.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 27, 2025
Yığıncaq çərçivəsində güləş ictimaiyyətinin üzvləri ilə bu sahədə görüləcək işləri müzakirə etdik.… pic.twitter.com/dAJGWDGGwi