Azərbaycanın paralimpiya çempionu Özbəkistanda keçirilən festivalda iştirak edib

Fərdi
  • 01 dekabr, 2025
  • 14:01
Azərbaycanın paralimpiya çempionu Özbəkistanda keçirilən festivalda iştirak edib

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Biz birgəyik" adlı beynəlxalq könüllülər festivalında iştirak edib.

"Report" Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə idmançımızın uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

İdmançı daha sonra əlilliyi olan könüllülərin də iştirak etdiyi festival iştirakçılarına öz uğur yolundan danışıb. Sonda tədbir iştirakçılarının sualları cavanlandırılıb.

Qeyd edək ki, 10-a yaxın ölkədən 60-dan çox nümayəndənin qatıldığı "Biz birgəyik" beynəlxalq könüllülər festivalının budəfəki əsas missiyalarından biri əlilliyi olan şəxslərin də könüllü hərəkatının bir hissəsi olduğunu qeyd etmək, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq olub.

Tədbirdə Milli Paralimpiya Komitəsini baş katib Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti