Azərbaycanın güləş hakimi: "Birinci kateqoriyaya yüksəlmək yetərli deyil"

Fərdi
  • 18 noyabr, 2025
  • 13:10
Azərbaycanın güləş hakimi: Birinci kateqoriyaya yüksəlmək yetərli deyil

Birinci kateqoriyaya yüksəlmək Azərbaycanın güləş hakimi Əli Babayev üçün yetərli deyil.

Referi bu barədə "Report"a açıqlama verib.

O, birinci kateqoriyaya yüksəlməsi ilə bağlı fikirlərini bölüşüb:

"İlk növbədə mənə yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasına, Hakimlər Kollegiyasının sədri Qərib Əliyevə minnətdarlığımı bildirirəm. Birinci kateqoriyaya yüksəlmək çox sevindirici haldır. Ancaq bu, yetərli deyil. Çünki güləş hakimlərinin hədəfi 1S Olimpiya kateqoriyasına yiyələnməkdir. Mən də bu hədəf üçün çalışıram. İnanıram ki, növbəti illərdə buna nail olacağam".

Ə.Babayev qarşıdakı hədəflərindən də söz açıb:

"Növbəti illərdə üzərimdə daha da işləmək, yeni biliklərə yiyələnmək və hər bir hakim kimi ən yüksək nailiyyəti əldə etmək əsas prioritetimdir. 2028-ci ilədək 1S Olimpiya kateqoriyasını almaq və ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək çox sevindirici hal olar. Bunun üçün çox əziyyətli, zəhmətli yolları qət etmək lazımdır. Bu səddi də aşacağıma inanıram".

Qeyd edək ki, Əli Babayevdən başqa, Eldar Bayramov da birinci kateqoriyaya yüksəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti