Azərbaycan qılıncoynatma millisinin baş məşqçisi: "Ümidimiz böyükdür, sabah qızıl medal qazana bilərik"

Fərdi
  • 06 oktyabr, 2025
  • 17:32
Azərbaycan qılıncoynatma millisinin baş məşqçisi: Ümidimiz böyükdür, sabah qızıl medal qazana bilərik
Çingiz Mustafayev

Azərbaycan qılıncoynadanlarının III MDB Oyunlarında qızıl medal qazanacaqlarına böyük inam var.

Bunu Report"un Qərb bürosuna açıqlamasında milli komandanın baş məşqçisi Çingiz Mustafayev deyib.

"Rusiya yığmasında 2 dünya çempionu var, Özbəkistan komandasında da həmçinin. Bu gün də bizim idmançılar bacardıqlarını etdilər. Sabah keçiriləcək komanda yarışından daha yaxşı nəticə gözləyirik. İdmançılarımız 2008-2009-cu il təvəllüdlüdürlər. Onlar hələ üzərlərində çox çalışmalıdırlar. Əsas odur kİ, səhvləri gördük, təcrübə ilə bunları aradan qaldırmaq mümkündür. Sabah Rusiya və Özbəkistanla qarşılaşacağıq. Ümidimiz böyükdür, qızıl medal qazana bilərik", - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında fərdi mübarizədə 6 bürünc medal qazanıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti