Vyetnamın mərkəzində baş verən daşqınlar nəticəsində 40-dan çox insan ölüb

Digər ölkələr
  • 21 noyabr, 2025
  • 02:19
Vyetnamın mərkəzində baş verən daşqınlar nəticəsində 40-dan çox insan ölüb

Vyetnamın mərkəzi vilayətlərində uzunmüddətli leysanlardan sonra baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 40-dan çox insan həlak olub, onlarla insan isə itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "VietnamNews" dövlət xəbər portalı məlumat yayıb.

"Nəticədə Vyetnamın mərkəzi və cənub bölgələrində baş verən daşqınlar və torpaq sürüşmələri azı 40 nəfərin ölümünə və 10 nəfərin itkin düşməsinə səbəb olub", – deyə nəşr bildirib.

Ən çox itki Daklak vilayətində qeydə alınıb – burada 16 nəfər həlak olub. Bundan əlavə, Kxanhhoa, Lamdonq, Gialay vilayətlərində, eləcə də Hue və Dananq şəhərlərində də ölənlər barədə məlumat verilir.

Qeyd olunub ki, xilasedici xidmətlər 61 mindən çox insanı təxliyə edə bilib. Daşqın nəticəsində 146 ev zədələnib, 52 mindən çox ev isə su altında qalıb. 13 min hektardan çox düyü və kənd təsərrüfatı sahəsi zərər görüb. Ümumilikdə bu bölgələrdə 30 mindən başdan çox heyvan və quş tələf olub.

Son xəbərlər

Bütün Xəbər Lenti