KİV: Britaniya COVID pandemiyası dövründə kritik ssenaridən yayınmaq iqtidarında olub

Digər ölkələr
  • 21 noyabr, 2025
  • 04:16
KİV: Britaniya COVID pandemiyası dövründə kritik ssenaridən yayınmaq iqtidarında olub

Britaniya koronavirusdan 23 min vətəndaşın ölümünü vaxtında lokdaun tətbiq etməklə önləyə bilərdi.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ictimai araşdırmanın hesabatına istinadən yazıb.

Hesabatda Boris Consonun tərəddüdlü rəhbərliyi, Dauninq-stritdə qayda pozuntuları və onun müşaviri Dominik Kamminqsin fəaliyyəti tənqid olunur.

Araşdırmaya rəhbərlik edən Hizer Hallet qeyd edib ki, daha erkən tədbirlər görülsəydi, lokdauna ümumiyyətlə ehtiyac qalmazdı. O, hökumətin həmkarların, xüsusilə qadınların fikirlərini nəzərə almadığını vurğulayıb.

Sənəddə bildirilib ki, əgər Böyük Britaniya lokdaunu cəmi bir həftə əvvəl – martın 16-da tətbiq etsəydi, iyula qədər davam edən birinci dalğada ölüm sayı təxminən 23 min, yəni 48% az olardı.

Hallet əlavə edib ki, araşdırma Consonun ciddi qərarlar qəbul etməli olduğunu tanıyır, lakin o, dəfələrlə fikrini dəyişib və vaxtında qərar verməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti