Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq
Fərdi
- 24 sentyabr, 2021
- 16:22

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Azərbaycan Badminton Federasiyasından "Report"a verilən məlumata görə, “TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı idmançının da adı var.
Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı nüfuzlu yarışda təmsil edən ilk badmintoçu olacaq.
Qeyd edək ki, dünya çempionatı bu il 12 - 19 dekabrda təşkil ediləcək.
Son xəbərlər
11:43
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə11:42
ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur
İKT11:40
Böyük Britaniyanın müdafiə naziri Kiyevdə səfərdədir
Digər ölkələr11:38
Kənd Təsərrüfatı Nazirliyi peşəkar PUA-lardan istifadə edəcək
ASK11:30
Putin və Kim Çen In arasında təkbətək görüş keçirilir - YENİLƏNİB
Digər ölkələr11:28
İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik edib
Xarici siyasət11:24
Ziya Rəcəbov: "Turan" voleybol komandasının hədəfləri böyükdür"
Komanda11:24
Ali Məhkəmə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib
Hadisə11:22