Azərbaycan Cüdo Federasiyası: "Ruslan Paşayevin zədəsi ciddi deyil"
Fərdi
- 09 aprel, 2026
- 15:26
Azərbaycanın cüdo millisinin üzvü Ruslan Paşayevin zədəsi ciddi deyil.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
66 kq çəki dərəcəsində çıxış edən idmançı məşq zamanı zədələnib. Buna baxmayaraq, onun durumunun ağır olmadığı bildirilir.
Həkimlərin rəyinə əsasən, Ruslan Paşayevin mayda məşqlərə qayıtması gözlənilir.
Qeyd edək ki, Ruslan Paşayev böyüklər arasında Avropa çempionatını zədəsi səbəbindən buraxacaq. Onun əvəzinə eyni çəkidə mübarizə aparan Turan Bayramov yığmanın heyətinə daxil edilib.
Qitə birinciliyi aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq.
Son xəbərlər
02:05
DÇ-2026: Belçika - Seneqal matçında əlavə hissə başlayıb - YENİLƏNİR-7
Futbol02:04
Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb
Xarici siyasət01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22
"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır
Digər ölkələr00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Futbol00:26
İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
Region00:20
Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Futbol00:12