Türkiyə şirkəti Azərbaycanda batareya saxlanc sistemlərinin yaradılmasına dəstək olacaq

Energetika
  • 05 sentyabr, 2025
  • 17:32
Türkiyə şirkəti Azərbaycanda batareya saxlanc sistemlərinin yaradılmasına dəstək olacaq
Yasin Düven

Türkiyənin "YEO Texnologiya Enerji və Sənaye" Şirkəti Azərbaycanın enerji sahəsindəki tutumu 500 MVt olan batareya saxlanc sistemlərinin (BESS) yaradılmasına dəstək olacaq.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında şirkətinin ortağı, fizika, elektik və elektonika sahəsi üzrə eksperti Yasin Düven bildirib.

Onun sözlərnə görə, iki ay oncə şirkət "AzərEnerji" ASC ilə dünyanın ən böyük layihələrindən birinin icrası üçün müqavilə imzalayıb: "Bu, hazırda ehtiyat enerjinin toplanması baxımından dünyanın və regionun ən böyük layihələrindən biridir".

Y.Düven bildirib ki, Türkiyədə olduğu qədər şirkət Azərbaycanda da elektrik infrastrukturuna mühüm töhfə vermək əzmindədir: "Şirkət 2013-cü ildən Azərbaycanda əməkdaşlıq edir və uğurlu nəticələr əldə olunub. 2013-cü ildən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "AzərEnerji" və "Azərişıq" kimi dövlət şirkətləri, həmçinin çoxsaylı böyük qurum və təşkilatlara xidmət göstərməklə ölkədə enerji sahəsində biznesin inkişafı səylərinə start verdik".

O qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyini təmin edəcək Milli Yük Dispetçer Mərkəzi Layihəsi icra edilib: "Bura 21 Elektrik Stansiyası, 72 Transformator Yarımstansiyası və 249 Paylayıcı Mərkəz üçün Enerji Şəbəkələrinə Nəzarət və İdarəetmə Sistemi daxildir. Bu günə qədər Azərbaycanda transformator mərkəzlərinin tikintisi layihələrinin 70 faizində iştirak etmişik".

O, bərpa olunan enerji layihələri çərçivəsində də Azərbaycanla əməkdaşlıqlarının olduğunu qeyd edib: "Biz gələcəkdə də çox əhəmiyyətli layihələrə imza atmaq üçün əməkdaşlığımızı davam etdiririk. Türkiyədə olduğumuz qədər Azərbaycanda da varıq".

Xatırladaq ki, Azərbaycanda regionun ən iri batareya saxlanc sistemləri qurulur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda batareya saxlanc sistemləri yaradılmasına başlanılıb. Belə ki, "AzərEnerji" tərəfindən paytaxta yaxın 500 kilovoltluq "Abşeron" yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq "Ağdaş" yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır. Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.