Keçmiş məcburi köçkün: Yurda qayıtmaqdan gözəl gün yoxdur
Daxili siyasət
- 29 oktyabr, 2025
- 06:46
Yurda qayıtmaqdan gözəl gün yoxdur.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında keçmiş məcburi köçkün, Ağdamın Xıdırlı kəndinin sakini Muxtar Əhmədov deyib.
O, qeyd edib ki, həyatının ən gözəl gününü yaşayır: Xıdırlı kəndini məcburən tərk edəndə 9 yaşım vardı. Çox şükür ki, doğma yurdumuza qayıdırıq. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimiz sağ olsun. Məncə bundan gözəl gün yoxdur. Allah bütün məcburi köçkünlərimizə bu günü qismət eləsin.
Ağdamı ailəmizin 4 üzvü ilə tərk etmişdik. Atam şəhid oldu. Xıdırlıya övladlarımla qayıdıram".
Qeyd edək ki, bu gün Xıdırlı kəndinə növbəti köç karvanı yola salınacaq. Bu mərhələdə Xıdırlıya 91 ailə - 366 nəfər köçürüləcək.
Son xəbərlər
05:10
Orban xalqa müraciət edib: Qorxmalı olduğumuz Şərq deyil, Brüsseldir
Digər ölkələr04:50
Rubio: ABŞ Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyə davam edəcək
Digər ölkələr04:17
"Axios": Tramp və Netanyahu ABŞ-ın İrana təzyiqini artırmaq barədə razılığa gəliblər
Digər ölkələr03:44
ABŞ-nin NATO-dakı səfiri: Amerika hərbçiləri Avropanı tərk etməyəcək
Digər ölkələr03:13
Danimarkanın Baş naziri: Qrenlandiya satılmır və pulla ölçülmür
Digər ölkələr02:37
Foto
Video
Belqradda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
Digər ölkələr02:09
İsveçrə XİN Cenevrədə keçiriləcək ABŞ-İran danışıqlarını təsdiqləyib
Digər ölkələr01:37
Pistorius: ABŞ dünyada təkbaşına möhkəmlənə bilməyəcək
Digər ölkələr01:21