ABŞ-nin NATO-dakı nümayəndəsi: Ukrayna tezliklə 2 milyard dollarlıq silah alacaq
- 29 oktyabr, 2025
- 06:22
Ukrayna yaxın aylarda yeni hərbi yardım öhdəliklərinin bir hissəsi olaraq təxminən 2 milyard dollarlıq silah alacaq.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Bloomberg TV"yə müsahibədə bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar yardım öhdəliklərinin artırıldığı sistem yaradıb. "Ola bilsin, yaxın bir neçə ayda göndəriləcək 2 milyard dollar və ya daha çox pulumuz var. Bunun tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və çox güman ki, buna yekun vuracaq", - Uiteker bildirib.
M.Uiteker qeyd edib ki, 2026-cı ildə əsas məsələ Ukraynaya dəstəyin davamlılığı olacaq. "Əhəmiyyətli olan odur ki, Ukraynanın özünümüdafiə üçün çox ehtiyac duyduğu silahların alınması üçün lazım olan 12-15 milyard dollar məsələsi qaldırılacaq. Bunlar Amerika silahları olacaq", - o əlavə edib.