Messi Argentina və Barselona barədə xatirələrini bölüşüb
Futbol
- 29 oktyabr, 2025
- 04:39
ABŞ-nin "İnter Mayami" futbol komandasının hücumçusu Lionel Messi Argentinadakı həyatı və Barselonaya köçməsi haqqında danışıb.
"Report" xəbər verir ki, o, bu barədə "NBC News"a müsahibəsində söhbət açıb.
"Argentina uşaqlıqdan bəri mənim üçün hər şey olub. Həyatda hər şeyi orada, evdə öyrəndim. Atamdan və anamdan öyrəndiyim dəyərləri və lap əvvəldən ailəmlə bağlı olan tərbiyəni... Sonra Barselonaya köçdüm və sıfırdan başlamalı oldum. Heç kimi tanımadığım yeni ölkədə tək idim. Zaman keçdikcə bütün bu təcrübəni yeni həyatıma daşıdım", - o deyib.
Messi cari mövsümdə MLS-in ən çox qol vuran oyunçusu olub. Argentinalı futbolçu 28 matçda 29 qol vurub və 19 məhsuldar ötürmə edib.
Son xəbərlər
11:04
Venesuela neft sənayesinə investisiya qoyuluşunu 1,4 milyard dollara çatdırmaq niyyətindədir
Energetika10:58
Hökumət üzvlərinin fevral ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
Daxili siyasət10:56
DİN: Ötən il şübhəli internet resurslarından 372 saxta sayt, link və keçid bloklanıb
Hadisə10:56
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (2025)
Maliyyə10:55
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (2025)
Maliyyə10:52
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 87 nəfər deportasiya edilib
Region10:51
Zaur Əliyev: Yüksək qan təzyiqi ilə bağlı bəzi dərmanlar tibbi sığorta hesabına veriləcək
Sağlamlıq10:51
Azərbaycanın valyuta ehtiyatları 85 milyard dolları keçib
Maliyyə10:49