TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 08 sentyabr, 2025
- 09:59

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 8-də 366 milyon 937 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə "Report" TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,005 % azdır.
Kipoi çıxış nöqtəsindən sentyabrın 9-dan 15-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, sentyabrın 2-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,13 % azdır. Sentyabrın 3-dən 5-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,79 % azdır. Sentyabrın 6-sına və 7-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 11,72 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 8-dən 15-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 8-dən 15-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 8-də 305 milyon 420 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 1-nə olan sifariş göstəriciləri ilə müqayisədə 1,15 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 9-dan 15-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 2-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 10,16 % azdır.
Sentyabrın 3-nə və 5-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,94 %, sentyabrın 6-na və 7-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 13,22 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.