Türkiyə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnundur

Xarici siyasət
  • 28 noyabr, 2025
  • 02:47
Türkiyə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnundur

Türkiyə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnundur.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşə dair "X"də etdiyi paylaşımında bildirib.

Onun sözlərinə görə, Prezident Kompleksində baş tutan görüşdə ölkələr arasında ikitərəfli əlaqələr, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri müzakirə edilib:

"Biz regionda davamlı sülhə nail olmaq üçün bütün lazımi addımların atılmasının vacibliyini bir daha bəyan etdik. Eyni zamanda regional və qlobal məsələləri də müzakirə etdik. Biz Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnun olduğumuzu bildirdik".

Son xəbərlər

Bütün Xəbər Lenti