OPEC+ nazirlərinin monitorinq komitəsi neft bazarındakı vəziyyəti müzakirə edəcək

Energetika
  • 01 oktyabr, 2025
  • 03:50
OPEC+ nazirlərinin monitorinq komitəsi neft bazarındakı vəziyyəti müzakirə edəcək

OPEC+ nazirlərinin monitorinq komitəsi neft bazarındakı mövcud vəziyyəti müzakirə etmək və OPEC+ sazişinə riayət səviyyəsini qiymətləndirmək üçün onlayn iclas keçirəcək.

"Report" xəbər verir ki, komitə iki ayda bir toplanır və bu formatda sonuncu görüş iyulun 28-də baş tutub.

Komitənin iclasının Bakı vaxtı ilə saat 16:30-da başlaması gözlənilir.

Oktyabrın 5-də OPEC+ Səkkizlər Qrupunun (G8) iclası planlaşdırılır və orada noyabr ayı üçün neft hasilatı planı müəyyən ediləcək.

Qeyd edək ki, monitorinq komitəsi neft hasilatının səviyyəsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Komitənin rolu OPEC+ sazişinin icrasının monitorinqi və bazar konyukturasının təhlili ilə məhdudlaşır.

Son xəbərlər

Bütün Xəbər Lenti