Ötən il ABŞ-yə ən böyük uran tədarükçüsü Rusiya olub

Digər ölkələr
  • 01 oktyabr, 2025
  • 02:13
Ötən il ABŞ-yə ən böyük uran tədarükçüsü Rusiya olub

Rusiya 2024-cü ildə ABŞ-yə ən çox zənginləşdirilmiş uran tədarük edən ölkə olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin saytında yerləşdirilən məlumatlarda göstərilib.

Bu məlumatlar göstərib ki, 2024-cü ilin sonuna qədər Amerika reaktor sahibləri və operatorları səkkiz təchizatçıdan ümumilikdə 15 milyon ayırıcı iş vahidi (EPP, zənginləşdirmə prosesi zamanı U235 və U238 uran izotoplarını ayırmaq üçün tələb olunan səyin standart ölçü vahidi) satın alıblar. Bunların 19%-i ABŞ təchizatçılarından, 81%-i isə xarici təchizatçılardan əldə edilib.

Xaricdən tədarük edilən EPP-nin 20%-i Rusiyadan, 18%-i Fransadan, 15%-i Niderlanddan, 9%-i Böyük Britaniyadan, 7%-i Almaniyadan gəlib.

Bununla belə Rusiyadan zənginləşdirilmiş uran tədarükünün ümumi həcmi 2023-cü il səviyyəsi ilə müqayisədə azalıb. Keçən ilki həcm təxminən 3 milyon EPP olduğu halda, bir il əvvəl ABŞ Rusiyadan 4,1 milyon EPP alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti