Con Etgen: "BP üçün seysmik kəşfiyyata və geofizikaya investisiyalar kritik əhəmiyyətə malikdir"

Energetika
  • 30 sentyabr, 2025
  • 13:49
Con Etgen: BP üçün seysmik kəşfiyyata və geofizikaya investisiyalar kritik əhəmiyyətə malikdir

Biznesin inkişafı və effektivliyi şirkətlərin yeni texnologiyaları tətbiq etmə və onların potensialından istifadə etmə bacarığından birbaşa asılıdır.

"Report" xəbər verir ki, bu fikri BP şirkətinin seysmik kəşfiyyat üzrə məsləhətçisi Con T. Etgen "PASHA Holding" tərəfindən təşkil edilən "INMerge 2025" İnnovasiya Sammiti çərçivəsində bildirib.

Onun sözlərinə görə, müasir rəqəmsal iqtisadiyyatın meydana çıxardığı bacarıq və metodlar enerji biznesində də uğurla tətbiq olunur və şirkətlər üçün yeni perspektivlər açır.

"BP üçün xüsusilə resursların idarə edilməsi və konkret yataqların işlənməsi ilə bağlı sahələrdə texnoloji liderə çevrilmək istəyi önəmlidir. Geologiya sahəsində dərin biliklər, seysmik kəşfiyyat və geofizikaya investisiyalar böyük əhəmiyyət kəsb edən uzunmüddətli istiqamətlərdir", - C.Etgen qeyd edib.

O vurğulayıb ki, sürətli dəyişikliklər şəraitində məhz innovativ alətlərin tətbiqi şirkətə işin səmərəliliyini artırmağa və riskləri azaltmağa imkan verir.

"Texnologiyalar bizi yeni imkanlarla təmin edərək yataqları daha dərindən anlamağa, prosesləri daha dəqiq idarə etməyə, biznes və cəmiyyət üçün daha çox dəyər yaratmağa kömək edir", - BP-nin nümayəndəsi əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti