Bankir: "Yaşıl layihə"lərin maliyyələşdirilməsi ilə bağlı problemlər var
- 30 sentyabr, 2025
- 15:49

Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Milli Yaşıl Taksonomiyaya baxmayaraq "yaşıl layihə"lərin maliyyələşdirilməsi ilə bağlı problemlər var.
"Report" xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.
"Müştərilər bizə "yaşıl kredit" üçün müraciət edirlər. Problem ondadır ki, biz layihənin "yaşıl" olub-olmadığını müəyyən edə bilmirik, çünki onun tərifi hələ aydın deyil. "Yaşıl taksonomiya" tərifi izah etsə də, standartlaşdırma və ya yoxlama yoxdur. Layihəni yoxlayan və qiymətləndirməmizə inteqrasiya olunmalı olan, ESG qiymətləndirməsi təqdim edən ayrı bir təşkilat olmalıdır. Bu, hələ mövcud deyil və bizim üçün problemdir", - deyə o qeyd edib.
Bundan başqa, bankirin sözlərinə görə, sektorda məhsul zənciri genişləndirilməlidir: "Keçid istiqrazları tətbiq edilmir, davamlı inkişafa bağlı istiqrazlar və yaxud hər hansı digər maliyyələşdirmə növü də yoxdur. Bunun səbəbi depozit mərhələmizin kifayət qədər uzun olmaması və müddətin təmin edilməməsidir, korporativ bank olduğumuz üçün heç vaxt bu, mümkün olmayacaq. Etməli olduğumuz şey lazımi maliyyələşdirməni yaratmaq və yaxud ona daimi əsasda çıxış əldə etmək, yaxud da maliyyələşdirmə təmin edə bilək deyə, davamlı olaraq uzadılacaq bu "yaşıl istiqraz" bazarını yaratmaqdır. Bu, məhsul vertikalı hələlik olmadığı üçün hələ də üzərində işlədiyimiz digər bir problemdir".
B.Nağıyev qeyd edib ki, Azərbaycanın kredit riski Avropa və yaxud ABŞ-dakından əhəmiyyətli dərəcədə fərqlənir ki, bu da korporasiyaların ehtiyaclarını ödəmir: "Onları məmnun edə bilmirik, çünki ikiqat rəqəmli maliyyələşdirmə haqqında eşitdikdə şikayət edirlər, bu qəbuledilməzdir. Bu məsələ üzərində işləməliyik. Bunlar əsas problemlərdir. Yaxşı xəbər odur ki, biz onların üzərində işləyirik və nikbinik. Problem varsa, həll yolu da var və biz bunu həll edəcəyik. Bu sadəcə zaman məsələsidir. Digər Avropa və ya Amerika ölkələri bunu bir gecədə etməyib və Azərbaycanda da ani nəticə olmayacaq. Əminəm ki, lazımi vaxtda biz də buna nail olacağıq, bəlkə də onların səhvlərindən öyrənərək daha tez məqsədimizə çatacağıq".