İranlı nazir: Qəlalə-Culfa dəhlizi gələn il istifadəyə veriləcək

Region
  • 30 sentyabr, 2025
  • 16:01
İranlı nazir: Qəlalə-Culfa dəhlizi gələn il istifadəyə veriləcək
Fərzanə Sadeq

İranda Qəlalə-Culfa dəhlizi dəhlizi gələn il istifadəyə veriləcək.

"Report" "ayooq"a istinadən xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri, İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Fərzanə Sadeq deyib.

O, uzunluğu 107 kilometrdən çox olan bu yolun strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Sadeq bildirib ki, üç illik fasilədən sonra ötən il İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçirilib:

"O vaxtdan iki ölkənin birgə komissiya rəhbərlərinin artıq altıncı görüşü reallaşır. Bu da tərəflərin əməkdaşlığı inkişaf etdirmək niyyətinin ciddi olduğunu göstərir".

O, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinin nəticələrini də dəyərləndirib:

"Prezidentin uğurlu səfərindən sonra uzun illər iqtisadi əməkdaşlığa mane olan bank maneələri də daxil olmaqla, bir çox ikitərəfli məsələlər sürətlə həll edildi. Həmçinin Bakı ilə Təbriz və Tehran arasında birbaşa uçuşlar təyin edilib, reyslərin sayı artırılıb".

Nəqliyyat sahəsində əməkdaşlığın iki əsas istiqamət üzrə həyata keçirildiyini vurğulayan naziri İran və Azərbaycan arasında həm tranzit və gömrük prosedurları, həm də nəqliyyat infrastrukturu sahəsində mühüm layihələrin həyata keçirildiyini bildirib:

"Ən mühüm orta layihələrdən biri Qəlalə və Ağbənd arasında sərhəd körpüsünün tikintisidir. Bu körpünün tikintisi Azərbaycan tərəfindən başlanılıb və mövcud məlumatlara görə, işlər sürətlə davam edir. İşlər tamamlandıqdan sonra iki ölkə arasında tranzit əlaqəsi qurulacaq və körpünün gələn ilin Novruz bayramına qədər istifadəyə verilməsi gözlənilir".

Son xəbərlər

Bütün Xəbər Lenti