"Azpetrol" şirkətində "Konstitusiya və Suverenlik ili" çərçivəsində qanvermə aksiyası keçirilib
- 26 noyabr, 2025
- 10:00
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində "Respublika Qan Bankı", "Talassemiyasız həyat naminə" proqramı və "Konstitusiya və Suverenlik ili" çərçivəsində noyabrın 25-də "Azpetrol" şirkətində qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyi "Respublika Qan Bankı"nın həkimləri tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Şirkət əməkdaşlarının iştirak etdiyi aksiya talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədi daşıyıb. Aksiyada toplanan qanın irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulur.
"Konstitusiya və Suverenlik ili" çərçivəsində belə bir aksiyanın təşkil edilməsi yüzlərlə xəstəyə həyat bəxş edilməsinə səbəb olacaq, eyni zamanda, ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957