Nazir Milli Məclisdə ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmənin keçirilməsini istəyib

Elm və təhsil
  • 26 sentyabr, 2025
  • 13:32
Nazir Milli Məclisdə ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmənin keçirilməsini istəyib

Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək.

"Report" xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, ingilis dili dərsliklərinin siyahıya salınmasını elm və təhsil naziri Emin Əmrullayev özü xahiş edib və ictimai dinləmədə də şəxsən iştirak edəcəyini söyləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti