Bakıda Üzeyir Hacıbəylinin qlobal musiqi sənətində yeri müzakirə edilib

Mədəniyyət siyasəti
  • 26 sentyabr, 2025
  • 15:27
Bakıda Üzeyir Hacıbəylinin qlobal musiqi sənətində yeri müzakirə edilib

Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda "Üzeyir Hacıbəylinin qlobal musiqi səhnəsində mövqeyi" adlı panel müzakirə keçirilib.

"Report"un məlumatına görə, mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən paneldə mövzu ətrafında geniş müzakirələr aparılıb.

Paneldə çıxış edən Qırğızıstanın Xalq artisti, professor Karagul Tilençiyev Üzeyir Hacıbəylinin musiqi irsinin dünya mədəniyyətinin ayrılmaz hissəsi olduğunu bildirib.

Özbəkistandan olan professor Şoyista Qanixanova, həmçinin Tunis Ali Musiqi İnstitutunun direktoru, musiqişünaslıq üzrə professor, Sorbonna Universitetinin fəlsəfə doktoru Faxer Hakima da dahi bəstəkarın dünya musiqisində özünəməxsus yerə sahib olduğunu bildiriblər.

Əməkdar incəsənət xadimi Sənubər Bağırova isə Üzeyir Hacıbəylinin əsərlərinin milli musiqi irsini qoruyaraq onu dünya musiqi mədəniyyəti ilə birləşdirməsini, həmçinin Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfələrə diqqət çəkib.

Panel əlavə müzakirələrlə davam etdirilib.

Müzakirələrin sonunda Foruma yekun vurulub.

Son xəbərlər

Bütün Xəbər Lenti