Məleykə Abbaszadə: "Ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı 99 müraciət olub"

Elm və təhsil
  • 24 avqust, 2021
  • 11:45
Məleykə Abbaszadə: Ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı 99 müraciət olub
Məleykə Abbaszadə

"Ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı 99 müraciət olub".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Onlardan biri musiqi üzrə, beynəlxalq fənn olimpiadalarından 4 nəfər var. 45 nəfər Resbublika fənn olimpiadalarından olub. Eyni zamanda 49 nəfər idmançı müraciət edib”, - o bildirib.