Naxçıvan şahmatçıları Malatyada uğur qazanıblar
Fərdi
- 02 sentyabr, 2025
- 16:45
Naxçıvan şahmatçıları Türkiyənin Malatya şəhərində keçirilən "Altın Kayısı" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, 8-ci dəfə təşkil olunan ənənəvi yarışda 11 ölkədən 486 şahmatçı mübarizə aparıb.
Turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə nail olub.
Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk "onluğ"a düşüblər. B qrupunda isə veteran şahmatçı Bahəddin Hətəmov 3-cü yeri tutub.
Qeyd edək ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir. Bu yarışda 20 idmançı ilə təmsil olunuruq.
Son xəbərlər
05:07
Karlo Ançelotti: "Mərakeşlə oyundakı heç-heçədən razıyam"
Futbol05:02
DÇ-2026: Haiti - Şotlandiya oyunu start götürüb
Futbol04:36
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
Futbol04:05
DÇ-2026: Braziliya Mərakeşlə bərabərə qalıb - YENİLƏNİB-5
Futbol03:59
Rəsmi Pxenyan: Ölkənin nüvəsizləşdirilməsi məsələsi artıq bağlanıb
Digər ölkələr03:15
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
Digər ölkələr03:06
FIFA Misir millisinin formasında dəyişiklik edilməsini istəyib
Futbol02:41
Video
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
Region02:19